Yuxarı

Bakıda xərçəngi müalicə edən qurğu oğurlandı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı sakininin evindən illərdir əziyyət çəkib hazırladığı qurğu oğurlanıb.

"Xəzər Xəbər"in məlumatına görə, zərərçəkmiş Tahir Əliyev deyir ki, bir müddət əvvəl prostat vəzi xərçənginin müalicəsi üçün qurğu düzəldib. Həmin qurğunu Günəşli qəsəbəsində yaşadığı evdə saxlayıb. Sonra isə oradan köçərək Nizami rayonu, Əlif Hacıyev-35 ünvanında məskunlaşıb. Köç ərəfəsində yeni ünvana gətirdiyi qurğu bir müddət sonra oğurlanıb.

Zərərçəkən iddia edir ki, həmin qurğunu evində usta işləyən şəxslər oğurlayıb.

Tahir Əliyevin sözlərinə görə, evdə qiymətli məişət əşyalarının olmasına baxmayaraq, onlar oğurlanmayıb.

Zərərçəkmiş artıq məsələ ilə bağlı Nizami rayon 25-ci Polis Bölməsinə ərizə ilə müraciət edib. Ancaq hələ də qurğunu oğurlayan şəxs və ya şəxsləri tapmaq mümkün olmayıb.

Məsələ ilə bağlı Polis Bölməsindən bildirilib ki, faktla bağlı toplanan sənədlər Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Hazırda qurğunu oğurlayan şəxslərlə bağlı araşdırma davam etdirilir.

Tahir Əliyev iddia edir ki, onun bu qurğusu prostat vəzi xərçəngini yox etmək gücünə malikdir. O, qurğusuna patent almaq üçün hələ bir müddət bundan əvvəl aidiyyəti qurumlara müraciət də edib.

Tarix
2018.12.11 / 21:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla