Yuxarı

İsveçrəyə getmək istəyən şagirdlərə gözəl şans

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Azərpoçt MMC Təhsil Nazirliyi ilə birgə iki mövzu üzrə epistolyar inşa müsabiqəsinə start verir.

Nazirlikdən Kult.az-a verilən məlumata görə, builki müsabiqəyə Ümumdünya Poçt İttifaqı tərəfindən “Öz qəhrəmanın haqqında məktub yaz” mövzusu (15 yaşa qədər olan məktəblilər), Azərpoçt MMC tərəfindən isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusu təklif edilib.

Hər mövzu üzrə 1-ci yerin sahiblərinə 200 manat, 2-ci yerin sahiblərinə 150 manat, 3-cü yerin sahiblərinə 100 manat və həvəsləndirici yerlər üzrə qaliblərin hər birinə 80 manat məbləğində pul mükafatları, Fəxri fərman və hədiyyələr təqdim olunacaq.

Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 1000 sözdən artıq olmamalıdır.

Müsabiqədə iştirak etmək istəyən hər bir şagirdin inşa yazısı iştirakçı vərəqi ilə birlikdə 1 aprel 2019-cu il tarixinə qədər rayon Poçt filialları üzrə yerli Poçt filiallarına, Bakı şəhəri üzrə isə Azərpoçt MMC-yə (ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, poçt indeksi: AZ1000) göndərilməlidir.

Ümumdünya Poçt İttifaqının(ÜPİ) təklif etdiyi mövzu üzrə qalib elan edilən şagirdin inşa yazısı Azərbaycan Respublikası adından ÜPİ-nin İsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilir. Toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunur və sonda 3 əsas qalib və 5 laureat müəyyən olunur.

Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılır. Qızıl medalın sahibi olan məktəbli ÜPİ-nin Beynəlxalq Bürosunun mükafatını almaq üçün Bern şəhərinə dəvət olunur. Gümüş və bürünc medalların sahiblərinin adları ən yaxşı inşa yazısı ilə birlikdə “Poçt ittifaqı” jurnalında çap olunur. Mükafatlandırma mərasimi hər il 9 oktyabrda, Ümumdünya Poçt Günündə keçirilir.

Tarix
2018.12.13 / 18:11
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla