Yuxarı

Bakıda evini "masaj salonu" edən şəxs həbs olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Nəsimi rayonu ərazisində Tamilla Axundovanın tamah niyyəti ilə nəvəsi Eldar Əfəndiyev tərəfindən qəsdən öldürməsi faktına görə başlanmış cinayət işinin istintaqı Bakı Şəhər Prokurorluğunda davam etdirilir.

Bakı Şəhər Prokurorluğunun Axar.az-a daxil olan məlumatında bildirilir ki, istintaq zamanı təqsirləndirilən şəxs E.Əfəndiyev ifadəsində cinayət yolu ilə ələ keçirdiyi əmlakı satıb pul əldə etdikdən sonra tanışı ilə birlikdə paytaxtın Nəsimi rayonu ərazisində “Masaj” adı ilə fəaliyyət göstərən obyektə gəldiklərini, orada pul müqabilində qadınlarla intim əlaqədə olduqlarını bildirib.

Bu xüsusatın istintaq yolu ilə araşdırılması zamanı müəyyən edilib ki, 1984-cü il təvəllüdlü Güləndam Murtuzova 2017-ci ilin sentyabrından etibarən həmin obyektin yerləşdiyi ikiotaqlı mənzildə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvasının təşkilinə şərait yaradıb. O, qadınların müxtəlif məbləğlər qarşılığında ayrı-ayrı kişilərlə intim münasibətdə olmasını təşkil edib.

G.Murtuzova Cinayət Məcəlləsinin 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama, təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2018.12.18 / 19:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla