Yuxarı

Bakı 10 ildə 23 milyardlıq silah alıb - Blumberq

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. Onun illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir.

Report xəbər verir ki, bunu ABŞ-ın "Blumberq" agentliyi apardığı qiymətləndirməyə əsasən yazıb.

Agentlik qeyd edir ki, regionda silahlanma yarışı ciddi problemə çevrilməkdədir:

"Ermənistan "İskəndər" raket kompleksləri aldığı halda, Azərbaycan da İsraildən "kamikadze" PUA-ları alır və Pakistanla yüksək texnoloji silah növlərinin alınmasına dair danışıqlar aparır. Bütün bunlar son illər ərzində münaqişənin ən ciddi kəskinləşdiyi aprel döyüşlərindən cəmi yeddi ay sonra baş verir".

Böyük Britaniyanın "Chatham House" Tədqiqat Mərkəzinin ekspertləri silahlanma yarışının daha ciddi hal aldığını və bunun gələcəkdə toqquşma ehtimalını artırdığını hesab edirlər.

"Blumberq"in məlumatına görə, Azərbaycan və Ermənistan son on ildə hərbi xərclərə ümumilikdə 27 mlrd. dollar vəsait sərf ediblər. Silah alışına ayrılan vəsaitə gəldikdə isə, Azərbaycan liderdir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Azərbaycan son 10 il ərzində silah alışına 22,7 mlrd. dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. "Bloomberg" yazır ki, onun illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir.

Tarix
2016.11.20 / 20:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla