Yuxarı

Belarus elə bir təyyarə alır ki...

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus 2020-ci ilə qədər yeni nəsil çoxtəyinatlı Su-30SM təyyarələrinin ən azı eskadrilyasını almaq niyyətindədir.

Axar.az BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Hərbi Hava Qüvvələrinin (HHQ) və hava hücumundan müdafiə (HHM) qoşunlarının komandanı Oleq Dviqalev noyabrın 23-də jurnalistlərə bəyan edib.

Bu gün Lida şəhərində HHQ-nin və HHM qoşunlarının 116-cı qvardiya həmlə aviabazasının şəxsi heyətinə Rusiyanın "İrkut" Elm-İstehsalat Korporasiyası" ASC-nin istehsalı olan dörd Yak-130 təlim-döyüş təyyarəsi verilib. O.Dviqalev formulyarları aviasiya bazasının texniklərinə təqdim edərək vurğulayıb ki, bu, Yak-130 təyyarələrinin artıq ikinci partiyasıdır, dörd təyyarədən ibarət ilk partiya aviabazaya 2015-ci ildə təhvil verilib.

O.Dviqalev deyib: "Yeni nəsil çoxtəyinatlı Su-30SM təyyarəsinin satın alınması nəzərdə tutulur. Bu təyyarə səmərəli olduğunu Suriya münaqişəsində göstərib. Bir sıra ölkələrdə təyyarə silahlanmaya qəbul edilib". O vurğulayıb ki, Su-30SM təyyarəsi Yak-130 ilə eyni müəssisədə istehsal olunur.

Tarix
2016.11.23 / 19:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla