Yuxarı

Silahlı Qüvvələrimizdə “NATO günləri” davam edir - Foto

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Müttəfiq Transformasiya Komandanlığının Ekspert Qrupu tərəfindən Silahlı Qüvvələrdə keçirilən "NATO günləri" çərçivəsində general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə nümayəndə heyətinə Azərbaycan-NATO hərbi əməkdaşlığı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramının Silahlı Qüvvələrimizdə tətbiqi və ölkəmizin NATO-nun həyata keçirdiyi sülhməramlı əməliyyatlara töhfəsi ilə bağlı məlumat verilib. Həmçinin NATO ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə regional təhlükəsizlik məsələləri də NATO nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Silahlı Qüvvələrdə "NATO günləri" çərçivəsində nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib. Ziyarət zamanı hərbi məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə hərbi təhsil müəssisəsinin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı brifinq təqdim edilib.

Nümayəndə heyəti hərbi təhsil ocağının kafedralarındakı tədris vəsaiti, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla yaxından tanış olub.

Qonaqlara müxtəlif ixtisas fakültələrinin döyüş texnikası və təlim trenajorları, atıcı silahlar və digər hərbi təyinatlı vasitələr barədə ətraflı məlumat verilib.

Tarix
2016.11.23 / 21:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla