Yuxarı

"Ordumuzun zəfərlərində əsas amillərdən biri..."

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə yardımı ilə icra olunan “Mən Vətən torpağı, Vətən daşıyam” layihəsi çərçivəsində Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində tədbir keçirilib.

Axar.az xəbər verir ki, layihə Müdafiə Nazirliyinin, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin dəstəyi ilə icra olunub.

Tədbirdə Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək Azərbaycan Ordusunun zəfərlərində əsas amillərdən birinin də xalqımızın zəngin milli mənəvi dəyərləri və sarsılmaz vətənpərvərlik ruhu olduğunu bildirib. Qeyd edib ki, əsgər və zabitlərimiz hərbi vətənpərvərlik ruhunda yazılan mahnıları dinlədikcə onların qələbə əzmi, ruh yüksəkliyi daha da artır. R.Əliyev məhz bu baxımdan belə layihələrin əhəmiyyətini xüsusi vurğulayıb və bu cür təşəbbüslərin davamlı olmasının zəruriliyini qeyd edib.

“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və digər natiqlər çıxışlarında Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun artırılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bu layihənin də əsgər və zabitlərimizin döyüş ruhunun daha da yüksəldilməsi işinə töhfə verməsi baxımından önəmi qeyd olunub.

Tədbirdə çıxış edən İlahə Qismət müəllifi olduğu layihənin həyata keçirilməsində əməyi keçən şəxslərə minnətdarlığını bildirib.

Sonra layihənin icrasında fəallığı ilə seçilən şəxslərə fəxri fərmanlar təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Tarix
2016.11.25 / 21:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla