Yuxarı

Zakir Həsənov kollegiya iclası keçirdi - Foto

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun sədrliyi ilə 2016-cı tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda hesabat dövründə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib, perspektiv məsələlər müzakirə edilib.

Tədbirdə geniş məruzə ilə çıxış edən müdafiə naziri Z.Həsənov Prezident İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib. Nazir Ali Baş Komandanın rəhbərliyi ilə aprel döyüşlərində əldə edilən uğurların dövlətimizin, ordumuzun qüdrətinin, xalqın həmrəyliyinin, vətənpərvərliyinin nəticəsi olduğunu vurğulayıb və son illər əldə edilən nailiyyətlərdən danışıb.

Z.Həsənov hesabat dövründə görülən tədbirlərin təhlilini apararaq, xidməti döyüş fəaliyyəti, davam edən islahatlar, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı, qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə 2017-ci tədris ilində Silahlı Qüvvələr qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsi məqsədilə komandir-rəis heyətinə tapşırıqlar verib.

Sonra kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.

Müdafiə nazirinin əmrinə əsasən, 2016-cı tədris ilində döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçular müxtəlif medallarla təltif edilib, təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tarix
2016.12.21 / 22:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla