Yuxarı

"İldırım”dan vahiməyə düşən İrəvan nə fikirdədir?

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrinin real döyüş atışları icra etməklə, “İldırım” zenit-raket komplekslərini nümayiş etdirməsi Ermənistanda birmənalı şəkildə şok effekti yaradıb. Adətən istənilən məlumata şərh verən erməni ekspert-mütəxəssislər bu dəfə iflic vəziyyətinə düşüblər. Artıq ikinci gündür ki, onların susqunluğu davam edir.

Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov AzərTac-a açıqlamasında deyib.

Ş.Ramaldanov bildirib ki, düşmən tərəfinin əldə etdiyi “İsgəndər” raketlərinə Azərbaycanın “İldırım”la cavab verməsi özünü çox gözlətmədi. Maraqlıdır, qısa müddət “İsgəndər”lə öyünən Ermənistan rəhbərliyi indi öz xalqının başını yenidən hansı “oyuncaqla” aldatmağa başlayacaq?

“Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində güclü ordu quruculuğu, dövlətimizin iqtisadi inkişafı, demoqrafik üstünlük və digər amillər Ermənistanın Azərbaycan ilə ayaqlaşa bilməməsinə əyani sübutdur. Azərbaycanın hava məkanının eşalonlaşdırılmış mühafizəsi, ordumuzun silahlanmasına bundan sonra da qəbul ediləcək silahlar Ermənistan üçün sürpriz olacaq və düşmənin vahimə içində qalması şübhəsizdir. Düşmənin üzərinə yağdıracağımız raketləri onlar nə ilə zərərsizləşdirəcəklər? Bu, böyük sual doğurur”, - deyə ehtiyatda olan polkovnik qeyd edib.

Tarix
2016.12.23 / 21:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla