Yuxarı

YAP-dan cəbhədəki gərginliyə reaksiya: “Ciddi itki...”

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi hərbi provokasiyalardan əl çəkmir.

Bunu BakıPost.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bu gün səhər saatlarında təmas xəttində baş verən insidenti şərh edərkən deyib.

Millət vəkili bildirib ki, gələn ilin mart ayında Ermənistanda parlament seçkiləri keçiriləcəyi üçün qarşı tərəf bu cür provokasiyalara əl atır: "Hazırkı hakimiyyət parlamentdə çoxluq qazanmaq istəyir. Amma bu real görünmür. Çünki iqtisadi tənəzzül, insanları həyat şəraitinin getdikcə pisləşməsi əhali arasında böyük narazılıq yaradır və hökumətə qarşı olan qüvvələrin sayını artırır . Bu səbəbdən də ictimai fikri seçkilərdən Dağlıq Qarabağ məsələsinə yönəltməyə və Ermənistanın yenə də Dağlıq Qarabağ məsələsində güc sahibi olduğunu sübut etməyə çalışır. Amma bunun bir xeyri olacağını sanmıram. Çünki düşmənlərin yaratdığı süni gərginliklər onların öz ziyanlarına işləyir.

Bu dəfə də onlar layiqli cəzasını aldı. Özlərinin verdiyi məlumata görə, xeyli ciddi itkilərə məruz qalıblar. Azərbaycan tərəfi öz silahının gücünü növbəti dəfə Ermənistana göstərib. Onlar provokasiyalarını dayandırmasa aldığı zərbələr bundan da artıq olacaq. Azərbaycanın bunun üçün kifayət qədər hərbi və iqtisadi potensialı var”.

Müharibənin başlaya bilmə ehtimalına gəlincə, Aydın Mirzəzadə qeyd edib ki, bu, Ermənistanın davranışından asılı olacaq: "Əslində, müharibə bitməyib. Müharibə 1988-ci ildən bəri davam edir. Vaxtaşırı biz hərbi əməliyyatların davam etdirilməsinin şahidi oluruq. Hərbi əməliyyatların qızğın formaya keçməsi isə situasiyadan və Ermənistanın davranışından asılı olacaq”.

Aydın Mirzəzadə növbəti dəfə aprel döyüşlərinin ola biləcəyinə münasibət bildirərkən vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri bütün situasiyalara hazırdır: "Seçim Ermənistanındır”.

Qeyd edək ki, Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.

Tarix
2016.12.29 / 23:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla