Yuxarı

ANAMA-dan Cocuq Mərcanlı ilə bağlı yeni məlumat

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində iki evə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticədə 14,4 min kvadratmetr ərazi (3 min kvadratmetr əl ilə, 11,4 min kvadratmetr mexaniki üsulla) yoxlanılıb.

ANAMA-dan Axar.az-a bildiriblər ki, 13 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 19 evə baxış olub. Baxış zamanı 5 partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik minaatan mərmisi “OF-832” və 2 ədəd 120 millimetrlik minaatan mərmisi “OF-843”) aşkar olunaraq zərərsizləşdirilib. Yoxlanılan ərazi 85 min 466 kvadratmetr (35 min 866 kvadratmetr əl ilə və 49 min 600 kvadratmetr mexaniki üsulla) təşkil edib.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən fevralın 15-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 22 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. 1521 partlamamış hərbi sursat, 34 tank əleyhinə və 2 piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 114 min 460 kvadratmetr ərazi (64 min 860 kvadratmetr əl ilə və 49 min 600 kvadratmetr mexaniki üsulla) yoxlanılıb.

Tarix
2017.02.15 / 23:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla