Yuxarı

Maradona dinc durmadı: Bu dəfə Veronla... - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Fransiskin istəyi ilə futbol üzrə Romada keçirilən yoldaşlıq oyununda insident yaşanıb.

Axar.az xəbər verir ki, oyunda əfsanəvi argentinalı futbolçular Dieqo Maradona ilə Sebastian Veron arasında mübahisə baş verib. Oyunun ilk hissəsi başa çatandan sonra Maradona Verona tərəf gedərək əsəbi şəkildə danışmağa başlayıb. Hər iki veteran futbolçunun əsəbi olduğunu görən mühafizə xidmətinin əməkdaşları Maradonanı sakitləşdirməyə çalışıb və onu paltardəyişmə otağına aparıblar. Səksən dəqiqə davam edən matçdan sonra tərəflər mübahisə ilə bağlı danışmaq istəməyiblər.

"La Qazzetta dello Sport" Maradonanın Verona ispanca təhqiredici ifadələr söylədiyini iddia edib. Argentinalı jurnalistlər isə Maradonanın Veronu bu oyunda görmək istəmədiyini bildirib.

Bu, Maradonanın yoldaşlıq görüşlərində etdiyi ilk qalmaqal deyil. O, Roma Papasının iki il əvvəl təşkil etdiyi oyunda da həmyerlisi Mauro İkardi ilə mübahisə etmişdi. Bundan başqa, Kolumbiyada təşkil olunan daha bir oyunda Maradona operatorlara sərt reaksiya vermiş və mühafizə xidmətinin əməkdaşını təpikləmişdi.

Tarix
2016.10.14 / 00:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla