Yuxarı

Qrupdan çıxmağımız möcüzə olar - Qriqorçuk

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ" Avropa Liqasının qrup mərhələsində sabah "Sent-Etyen"lə qarşılaşacaq.

Qol.az-ın məlumatına görə, komandanın baş məqşçisi Roman Qriqorçuk oyun üçün təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Komandanın heyətində zədəli futbolçular var idi. Hazırda durum nə yerdədir?

- Hələlik dəqiq bir şey deyə bilmərəm. Amma Baqali Dabo oynaya bilməyəcək. Digər zədəlilər isə hələ tam hazır deyil. Bunu sabah dəqiqləşdirəcəyik.

- "Sent Etyen"lə oyunu "Qəbələ" üçün ölüm-dirim mübarizəsi adlandırmaq olarmı?

- Əlbəttə, növbəti mərhələyə yüksəlmək istərdik. Amma qrupdan çıxmağımız möcüzə olar. Biz tamamilə fərqli səviyyədəyik. Keçən illə müqayisə etsək, bu il zəif çıxış edirik. PAOK və "Krasnodar"la başabaş mübarizə aparmağımız mümkün idi. Lakin bu rəqiblərimiz bizdən 3 dəfə güclüdü. Biz mübarizə aparacağıq və bu möcüzəni reallaşdırmağa çalışacağıq.

- Bu mövsüm "Qəbələ"nin Avropa Liqasındakı çıxışını uğursuz adlandırmaq olar?

- Ötən oyunlardakı nəticləri uğursuzluq adlandırmaq olmaz. Çünki bu oyunlarda nəsə öyrənmişik. Futbolçularıma ruhdan düşməməyi söyləyirəm. Rəqiblərimizdən öyrənərək onların səviyyəsinə çatırıq. Ona görə də bunu uğursuzluq adlandırmıram.

- Sabah müdafiə futbolu oynayacaqsız?

- Qətiyyən yox. Müdafiədən oynamağı fikirləşmirik. Biz hücum futbolu oynamaq fikrindəyik. Bizi 1 xal qane etsə belə, biz yenə hücumda daha çox oynayacağıq. Nə qədər ki, "Qəbələ"dəyəm, bizim oyun fəlsəfəmiz belə olacaq. Hücum futbolunu oynayanda istədiyimiz nəticəni qazanmağı bacarırıq.

- "Qəbələ" qrupda artıq 3 oyun keçirib. Hansı rəqibiniz daha güclü idi?

- Bunu deməyəcəm. Hər bir komandanın öz taktikası var. Ümumi cəhətləri odur ki, sürətli oynayırlar. Onlara qarşı oynamaq üçün gərək biz də onlar kimi oynayaq.

- Ehtiyat oyunçulardan əsas heyətə uyğunlaşan futbolçular var?

- Bizim yanaşmamız odur ki, hazır olan futbolçular oynasın.

- Qalib gəlmək üçün "Qəbələ"nin istəyi çoxdur, yoxsa rəqiblərinin?

- Hər kəsin futbola yanaşma tərzi fərqlidir. Futbol üçün ağıl, mexanizm, intellekt olmalıdır. İstək 10-cu və ya 20-ci yerlərdə olur. Əsas ağılla oynamaq lazımdır.

- Sabah gənc futbolçulara şans verməyi planlaşdırırsız?

- Kim hazır olsa, o da oynayacaq. Ad çəksəm, Roman Hüseynov və Elvin Camalov oynaya bilər.

Tarix
2016.11.02 / 20:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla