Yuxarı

Hüseynzadə: "Rəhimovun medalını qaytarmalıyıq"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Məclisin toplantısında 2013-2016 illərin hesabatı dinlənildi. Gördüyümüz işlər davam etdiriləcək. Büdcə məsələsi müzakirə olunmadı. Biz əvvəlki iclası keçirəndə heç Bakı 2015 I Avropa Oyunları, 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyimizi bilmirdik.

Report-un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında deyib.

O, 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarında qazanılacaq medalların sayının artırılmasına çalışacaqlarını və hazırlıqların bu gündən başladığını bildirib: "Növbəti Olimpiya Oyunlarına hazırlıq bu gündən başlayır. Hazırlıq elə səviyyədə olmalıdır ki, Tokoiodakı nəticələr Rio-de-Janeyrodan zəif olmasın".

Ç.Hüseynzadə bəzi idman növlərində, xüsusilə üzgüçülük, atletika, qılıncoynatma, otüstü hokkeydə olan problemlərdən söz aıb: "Bəzi idman növləri - üzgüçülük və atletika kütləvi medal növləridir. Bu növlər bizdə zəif olmasa da yarışlarda medal qazana bilməmişik. Bunların da obyektiv səbəbləri var. Üzgüçülükdən danışırıq, Avropa Oyunlarına qədər 50 metrlik Olimpiya standartlarına uyğun olan hovuzumuz yox idi. Hovuz olmayan yerdə də idmançı hazırlamaq çətindir. Atletikada dünya standartlarına cavab verən iki qaçış zolağı var. Biri Bakı Olimpiya Stadionu, digəri isə Tofiq Bəhramov adına Respublika Stadionundadır. İndi vəziyyətimiz daha yaxşıdır. Yeni tikilmiş Su Mərkəzində yığma komandalarımız ciddi hazırlaşır. Ümid edirəm ki, Tokio olimpiadasına qədər idmançı yetişər. Bunu atletikaya da şamil etmək olar. Hər hansı bir güləşçini, boksçunu 2-3 ilə hazırlamaq olursa, üzügüçülük və atletikada bu ən azı 8 il tələb edir. Çünki onlar rəqibə qarşı yox, vaxta qarşı yarışır. Üzgüçülüyə 5-6 yaşında başlamaq lazımdır. Ümid edirəm ki, Tokioda atletika yarışlarında medal qazanacağıq".

O bildirib ki, Həndbol Federasiyasına yeni prezident seçilən Saleh Məmmədov bu sahəyə yaxşı bələddir: "O, "Azəryol" klubuna rəhbərlik edib. İnanıram ki, nəticələr olacaq. Yeni rəhbərlik qarşısında ciddi məqsəd qoymuşuq. Azərbaycan gələn il keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında layiqincə iştirak etməlidir. Qılıncoynatma Federasiyasında isə vəziyyət ağırdır. Fəaliyyətini qura bilməyən bir çox federasiyalarda dəyişiklik olacaq. Otüstü hokkeyə gəlincə, bu qurumun rəhbərliyi həm də Güləş Federasiyasına başçılıq edir. Bizim otüstü xokkey komandamız vardı. Amma heyəti əsasən xaricilər idi. Bunun da təsiri olmadı. Bir məsələ də var ki, bu idman növünə gəlmirlər. Legionerlərin gəlişi idmanın inkişafına müsbət təsir göstərir. Amma xaricilərin gəlişi Azərbaycanda otüstü xokkeyin inkişafına kömək etmədi. Cənab Prezidentin göstərişinə əsasən bütün federasiyaların işi ilə bağlı təhlil aparırıq".

Vitse-prezident Bakının 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Bu cür xəbərlər dəqiqəti əks etdirmir. Bu mümkünsüz və indi namizədlər müəyyənləşib".

Ç.Hüseynzadə idmançıların qanında dopinq tapılmasına, Azərbaycanda dopinqə qarşı mübarizədən danışıb: "Dopinqlə bağlı təhlükənin qarşısını almaq üçün Azərbaycanda dopinq haqqında qanun qəbul olunmalı idi. Bu qanun dünən qəbul olunub. Azərbaycanda bu qanuna istinad edən Anti-Dopinq Agentliyi yaradılmalıdır. Azərbaycan WADA-nın anti-dopinq sistemləri təşkilatın məcəlləsinə uyğun olmayan ölkələr siyahısına düşüb. İlin sonuna qədər agentlik yaradılacaq və bu siyahıdan çıxmalıyıq. İndi hansısa idmançının dopinqə düşməsinə görə "Rio-2016"dakı nəticələrimizin ləğv olunacağına inanmıram.

Çünki bütün beynəlxalq komitələr Riodakı yarışların təmiz olduğunu bildirib. Kimlərdənsə medalların alınmasına inanmıram. Əsasən Pekin-2008-də olan məsələlərdir. Bilirsiniz ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən idman nazirlərinin iclasında da WADA tənqid olunub. Çünki əvvəlki dövrləri qurdalayanda hər bir ölkədə problem çıxır. Bizdə çox deyil. Vitaliy Rəhimova gəlincə, ilk olaraq yerli Olimpiya Komitəsinə bununla bağlı məktub gəlir. Onlar həmin idmançıya məxsus diplomları tələb edirlər. Çünki, o idmançını iştirakçı siyahısından çıxarırlar. Biz də federasiyaya müraciət edirik. Rəsmi olaraq Güləş Federasiyasına müraciət edib qərarı bildirmişik. Federasiya nə vaxt medal və diplomu bizə versə, biz də onu beynəlxalq komitəyə göndərəcəyik. Həmin medal və diplomu qaytarmamaq hüququmuz var. Bu zaman ərizə yazıb Beynəlxalq Olimpiya Komitəsinin tərkibindən çıxmalıyıq".

Tarix
2016.12.02 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla