Yuxarı

“Diario Qol”dan Arda ilə bağlı xoşagəlməz iddia

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın nüfuzlu Diario Qol nəşri “Barselona” klubunda forma geyinən türkiyəli ulduz Arda Turanla bağlı sensasion məlumat yayıb.

Axar.az xəbər verir ki, qəzet Arda Turanın qumarbaz olduğunu iddia edib.

Pokerin alüdəçisi olan futbolçu hər matç bitən kimi sevimli məşğuliyyəti ilə məşul olur:

“Arda “Herkules”lə oyunda kabus kimi idi, fikri futbolda deyildi. Belə uğursuzluğu ilə “Barselona”da olması çətindir, ancaq Messi, Suarez, İnyesta, Neymar və Pike kimi futbolçularla dostluğu sayəsində o qədər də tənqid olunmur. Komanda yoldaşları həmişə mediada onu müdafiə edir.

Arda Barselonada tez-tez qumarxanalara gedir. Klub rəhbərliyi də bunu bilir. Bu aralarda o, pokerə sevgisi hər kəs tərəfindən bilinən Pikedən belə çox oynayır”.

Ardanın meneceri Əhməd Bulud yayılan iddialara cavab verib. O, xəbərin tamamilə əsassız olduğunu deyib:

“Bu xəbər cəfəngiyatdır. Qətiyyətlə deyə bilərəm ki, belə bir hal olmayıb. Arda hamının örnək götürə biləcəyi bir həyat tərzi seçib. “Kamp Nou”da (Barselonanın stadionu-red) çox önəmli matç olacaq, ona hazırlaşır”.

Tarix
2016.12.02 / 14:38
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Siyarto bu gün Azərbaycana gəlir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla