Yuxarı

İlin ən yaxşı futbolçusu: Ronaldo, Messi, yoxsa...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2016-cı ilin ən yaxşı futbolçusu adına iddia edən üç finalçının adını açıqlayıb.

Axar.az xəbər verir ki, final üçlüyünə Madridin “Real” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo, Madridin “Atletiko” komandasının və Fransa yığmasının hücumçusu Antuan Qrizman, “Barselona”nın və Argentina komandasının hücumçusu Lionel Messi daxildir.

Namizədlər arasında favorit ötən mövsümdə “Real”ın heyətində Çempionlar Liqasının qalibi və Portuqaliya millisinin tərkibində Avropa çempionu olmuş Kriştiano Ronaldo hesab edilir.

Bu gün FIFA, həmçinin 2016-cı ilin ən yaxşı məşqçisi adına namizədləri də elan edib. Onlar “Lester” komandasını İngiltərə Premyer-liqasında sensasiyalı çempionluğa gətirib çıxarmış italiyalı Klauio Ranieri, Avropa çempionu olmuş Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş və “Real”ın baş məşqçisi Zinəddin Zidandır.

Ən yaxşıların adları gələn il yanvarın 9-da Sürixdə keçiriləcək illik mərasimdə açıqlanacaq.

Tarix
2016.12.02 / 20:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla