Yuxarı

"Qarabağ”la oyundan sonra... - Qriqorçuk

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşılaşmadan əvvəl futbolçularıma demişdim ki, bu rəqib Premyer Liqada da oynamaq gücündədir. Rəqib komandanın futbolçularının bizə çətinlik yaratmaq iqtidarında olduğunu da bilirdik.

APA-nın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Zaqatala” oyunundan sonra (2:2, pen.4:1) qarşılaşma haqda fikirlərini açıqlayıb: “Bu üzdən də arxayınlıq və motivasiyanın aşağı olmasına imkan verə bilməzdik. Lakin oyun göstərdi ki, bütün bunlardan qaça bilməmişik. Yaxşı oyun göstərməsək də, qalib gəldik. Bu çox yaxşı oldu. Həm də qarşıdakı oyunlar öncəsi futbolçularımızın indiki durumu haqda məlumat əldə etdik. Bu da bizim üçün qiymətlidir. “Qarabağ”la oyundan sonra futbolçular ağır durumda idi. Onların nələr yaşadığını, necə stressdə olduğunu görürdük. Komandanın emosional durumunu, özünəinamını yüksək səviyyədə saxlamaq üçün əlimdən gələni etdik. Lakin görünür ki, hələ də bu yöndə çalışmalıyıq. İlk növbədə baş verənləri unutmalıyıq. Oyunumuzun o qədər də yaxşı alınmaması bəzi az şans qazanan futbolçuların heyətdə olması ilə bağlı deyil. Düzdür, bu mənim görmək istədiyim futbol deyil. Amma onlara yenə şans verəcəyik. Ümid edirəm ki, növbəti şansdan onlar maksimum yararlanacaqlar ”

Tarix
2016.12.04 / 01:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla