Yuxarı

Toqo Azərbaycana çatdı - Yeni reytinq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə açıqlanacaq milli komandaların ilk FİFA reytinqinin konturları bəlli olub.

APA-nın məlumatına görə, yanvarın 12-də qurum tərəfindən açıqlanacaq cədvəllə bağlı təxmini siyahı tərtib edilib.

İlin ilk cədvəli ciddi dəyişiklik vəd etmir. Çünki hesabat dövründə yığmaların iştirakı ilə çox az sayda matç keçirilib. Bütün bunlar isə siyahıdakı dəyişiklikləri minimuma endirib.

Düzdü, Surinam 22, Nikaraqua 11, Maldiv adaları 9 pillə irəliləməyə, Əfqanıstanla Banqladeş 5 addım geriləməyə macal tapıb. Amma bu yerdəyişmələr heç də hamıya təsir etməyib.

Təxmini cədvəldə 2016-cı ildəki son siyahının açıqlandığı vaxtdan sonra heç bir matça çıxmayan Azərbaycan millisinin də mövqeyi toxunulmazdı. 386 xala malik Robert Prosineçkinin yetirmələri 90-cı pillədədi. Lakin artıq Toqo millisi yığmamıza çatıb. Bu üzdən mövqeyimiz afrikalılarla şəriklidi.

Millimiz və “qonşular”ı

85 (73). Haiti - 413

86 (86). Ermənistan – 412

87 (88). Zambiya - 401

88 (89). Keniya - 396

89 (85). Liviya – 390

90 (90). Azərbaycan - 386

90 (91). Toqo – 386

92 (93). Antiqua və Barbuda – 370

93 (93). Finlandiya – 368

93 (92). Ruanda - 368

95 (95). Boliviya - 359

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Liderlərin xal hesabları da dəyişməz qalıb.

İlk “onluq”

1 (1). Argentina – 1634

2 (2). Braziliya – 1544

3 (3). Almaniya – 1433

4 (4). Çili – 1404

5 (5). Belçika – 1368

6 (6). Kolumbiya – 1345

7 (7). Fransa – 1305

8 (8). Portuqaliya – 1229

9 (9). Uruqvay – 1187

10 (10). İspaniya – 1166

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız Çexiyanın mövqeyi dəyişib. Onlar təxmini siyahıya əsasən 2 addım irəliləyəcək. Onlar Əlcəzair və İsveçin geriləməsindən faydalanıb.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (3). Almaniya – 1433

32 (32). Şimali İrlandiya - 767

41 (43). Çexiya - 671

83 (83). Norveç - 422

202 (202). San-Marino – 17

Qeyd edək ki, qonşu Türkiyə yığması ehtimallar cədvəlində də 24-cü yerdə qalıb. “Ay-ulduzlular”ın hesabında 851 xal var.

Tarix
2017.01.07 / 01:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla