Yuxarı

Çexiyalı futbolçu "Neftçi"yə transferindən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbii ki, bura gəlməmişdən öncə "Neftçi” haqqında məlumat toplamışdım. Bilirəm ki, zəngin tarixi olan bir komandanın üzvüyəm.

Report-un məlumatına görə, bunu "Neftçi"nin Çexiya "Slovan"ından transfer etdiyi futbolçu Zdenek Folprext yeni klubunun rəsmi saytına açıqlamasında deyib.

O, kollektivə tez uyğunlaşmasını özü üçün gözlənilməz sayıb. "Bu, mənim üçün yaxşı mənada sürpriz oldu" deyən çexiyalı yarımmüdafiəçi hədəflərini açıqlayıb: "Qarşımızda konkret məqsədlər var. "Neftçi” çempionatın daha yüksək pillələrində qərarlaşmalıdır. Hamımız bunu istəyirik. Üstəlik, ölkə kubokunda da mübarizəmizi davam etdiririk".

Folprext "Neftçi"yə daha tez uyğunlaşaraq, komandada uzun müddət qalmaq istədiyini də əlavə edib:

"Komandada mənimlə yanaşı, bir neçə yeni futbolçu var. Çalışırıq ki, uyğunlaşma dövrünü mümkün qədər tez keçək. Hər şey yaxşı olsa, bu komandada daha uzun müddətə qalıb oynamaq istəyərəm".

Qeyd edək ki, Zdenek Folprext "Neftçi"yə mövsümün sonunadək icarəyə verilib.

Tarix
2017.01.07 / 17:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla