Yuxarı

“Topaz”ın oyun alverində növbəti şübhə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 14-ü ölkə Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" – "Bakı" oyunu Lənkəran klubunun 2:1 hesablı qələbəsi ilə başa çatdı. Bu, həm də lənkəranlıların mövsümdə ilk qalibiyyəti idi.

Amma əsas məsələ "Xəzər Lənkəran"ın qələbəsi yox, matçdan əvvəl oyun ətrafında baş verən müəmmalı proseslərdi. Belə ki, Premyer Liqa oyunlarına mərc qəbul edən "Topaz" kontorları qarşılaşma ərəfəsində "XL" – "Bakı" oyununa pul qoyuluşunu ləğv etdi. Futbol üzrə Azərbaycan çempionatının şəffaf oyun qaydaları əsasında keçirilmədiyi haqda beynəlxalq qalmaqalları nəzərə alsaq, "Topaz"ın oyuna pul qoyuluşunu ləğv etməsi müəyyən şübhələrə əsas verir. Xatırladaq ki, bu, ölkə Premeyer Liqasında bukmeyker kontorunun ilk belə qadağası deyil. Keçən mövsüm baş tutan "Simurq" – "İnter" matçında da analoji addım atılmışdı. Azərbaycan futbolunda hər iki komanda "bic qardaşlar" adlandırılır. Onu da qeyd edək ki, "Simurq" və "İnter" Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin himayədarlığı altındadır. Bu isə klublar ətrafında oyun alveri şübhəsini daha da artırır. Elə "Topaz"ın oyuna pul qoyuluşunu ləğv etməsi də şübhələrin əsassız olmadığını göstərdi.

Pul qoyuluşu niyə ləğv edildi?

"Xəzər Lənkəran" – "Bakı" matçında bukmeyker kontorunun müəmmalı qadağasına aydınlıq gətirmək üçün"Topaz"ın "qaynar xətt"i ilə əlaqə yaratdıq. "Qaynar xət"dən verilən məlumata görə, bu işlərə müvafiq şöbələr baxır və bir neçə ekspertin ortaq rəyindən sonra matç mərc oyunları siyahısından götürülür. Onu da bildirdilər ki, bu qadağa oyun alğı-satqısına işarə deyil və daha çox kontorun kommersiya maraqları ilə hesablanır. Yəni bu, o deməkdir ki, oyunda bir tərəfin qələbəsinə daha çox yüklənmə olur və kontoru ziyana salır. Amma burda da müəmma var, çünki mərc oyunlarında iştirak edən vətəndaşların hüququ pozulur. Demək, "Topaz" yalnız maksimum gəlir əldə etmək məqsədi ilə fəaliyyət göstərir, bu da oyunçuların haqlı narazılığına səbəb olur. Elə "qaynar xət"dən də bu haqda çoxsaylı şikayətlərin olduğu bildirildi.

İdaman ekspertləri bu haqda nə düşünür?

"Futbolpress.az" saytının baş redaktoru Elçin Cəlilov hesab edir ki, Azərbaycan Premyer Liqasında çoxsaylı oyun alğı-satqısı barəsində şübhələr var, amma indiyə qədər heç bir klub məsuliyyətə cəlb olunmayıb: "Əlbəttə, çoxsaylı şübhələr varsa, demək ki, buna əsas var. Məsələn, keçən mövsüm UEFA-nın müvafiq araşdırma komissiyası şübhəli oyunlarla bağlı Azərbaycana səfər etmişdi, amma daha sonra onlardan səs-soraq çıxmadı. Özünüz də bilirsiz ki, ölkə Premyer Liqasında tam olaraq oyun qaydalarına riayət edilmir. Yəni zaman-zaman hakimlərin klublardan rüşvət aldığı haqda şayiələr dolaşır və bəzən haqsızlığa məruz qalan klubların təzyiqi nəticəsində həmin hakimlər futboldan uzaqlaşdırılır. Elə bunun özü də kifayət qədər şübhələr doğurur və araşdırma tələb edir".

Əlbəttə, əlimizdə fakt olmadan hansısa klubu oyun alverində ittiham edə bilmərik, amma Azərbaycan futbolunun içində olan hər bir şəxs burda baş verən meydandankənar hadisələrdən xəbərsiz deyil.

Tarix
2013.09.15 / 15:50
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla