Yuxarı

Bakının gözəlliyi bu yarışın nüfuzunu artırıb - Promouter

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən ilk Formula-1 yarışının televiziyada təqdimatı, şəhərimizi və ölkəmizi necə təqdim etməyimiz bu nüfuzlu beynəlxalq yarışların təqvimində bizim yürüşün nüfuzunun artmasına təsir göstərib.

Axar.az xəbər verir ki, bunu Formula-1 Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov fevralın 15-də yarışlara həsr olunmuş Bakı-Moskva-Astana-Tiflis videokörpüsü zamanı bəyan edib.

A.Rəhimov qeyd edib ki, Formula-1 yarışlarının 2017-ci il təqviminə görə, Bakı küçələrində yürüşün tarixi bir həftə qabağa çəkilib. Yəni Formula-1 iyunun 23-25-də keçiriləcək. Bu, 24 saatlıq “Le-Man” marafonu ilə eyni vaxtda keçirilmənin qarşısını alacaq. Bundan əlavə, Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən elan edilmiş təqvimin səkkizinci mərhələsinin adı dəyişdirilərək, rəsmi olaraq Formula-1 Azərbaycan Qran-prisi adlandırılıb.

Promouter deyib: “Biz Formula-1 Avropa Qran-prisinin ölkəmizdə keçirilən mərhələsinin adını dəyişdirərək, Formula-1 Azərbaycan Qran-prisi adlandırmaqla, bu yarışın məhz Azərbaycanda keçirilməsi barədə insanlara mesaj göndəririk. Əvvəlcə özümüzü Avropa ölkəsi kimi təqdim etmək ideyası vardı, sonradan dəqiqləşdirmək istədik ki, bu Avropa ölkəsi Azərbaycandır və o, xəritədə məhz bu nöqtədə yerləşir. Düşünürəm ki, müvəffəqiyyət əldə etmişik və bundan sonra da bu istiqamətdə irəliləyəcəyik”.

Tarix
2017.02.15 / 23:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla