Yuxarı

Berti Foqtslu derbi, Belçikanın 29 il gözlədiyi oyun

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının 1/8 final mərhələsinin dünən keçirilən püşkü iki cütdə eyni ölkə təmsilçilərini üz-üzə qoyub.

APA-nın məlumatına görə, “Şalke” ilə Mönhenqladbax “Borussiya”sı Almaniya, “Gent”lə “Genk” Belçika duelində üz-üzə gələcək.

1955-ci ildən keçirilən avrokuboklar tarixində indiyədək 110 belə matç baş tutub. Qarşıdakı duellər bu rəqəmi 114-ə çatdıracaq.

110 matçdan 32-si Çempionlar Liqası, 58-i UEFA, 8-i İntertoto, 6-sı Kuboklar kubokuna təsadüf edib. Superkubok uğrunda görüşdə də 6 dəfə eyni ölkə klubları görüşüb.

27 final, 31 yarımfinal matçında belə hal yaşanıb. 1/4 finalda 27, 1/8 finalda 22, 1/16 finalda isə 3 milli derbi qeydə alınıb.

“Borussiya” ilə “Şalke” arasında derbiyədək almaniyalılar 17 matçda həmyerlilərinin savaşını izləyib. Özü də Mönhenqladbax klubu belə matça ölkəsində hamıdan çox – 12 dəfə çıxıb.

1972/73 mövsümündə 1/8 finalda “Köln” (0:0, 5:0), 1/4 finalda “Kayzerslautern”i (2:1, 7:1) mübarizədən kənarlaşdıran “Borussiya” yarımfinalda 2 il sonra yarımfinalda yenə “Köln”ün dərsini verib – 3:1, 1:0. 1978/79 mövsümündə yarımfinalda “Duysburq”la yolları kəsişən komanda yenə üstün olub – 2:2, 4:1. Bütün bunlar Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsun futbolçuluğu dövrünə təsadüf edib və onun komandası 1975 və 1979-cu ildə UEFA kubokuna yiyələnib.

1979/80 mövsümündə yarımfinalda “Ştutqart”ı üstələyən (1:2, 2:0) mönhenqladbaxlılar finalda Frankfurt “Ayntraxt”ına səfər qolu ilə uduzub – 3:2, 0:1. “Borussiya”nın 12 belə matçının hamısı UEFA kubokunda keçirilib.

Bu klubun rəqibi olan “Şalke” də, Belçika təmsilçiləri “Gent”lə “Genk” də ilk dəfə həmyerlilərini avrokubokda sınağa çəkəcək. Ümumiyyətlə isə belçikalıların yalnız bir dueli olub. 1988/89 mövsümündə Kuboklar kubokunda “Anderlext”lə “Mexelen” görüşüb. Sonuncular 1/8 finalın hər iki matçında qələbə əldə edib – 1:0, 2:0. Bir sözlə, Belçika dueli sonuncu dəfə 29 il öncə - 1988-ci ildə keçirilib.

Qeyd edək ki, avrokuboklarda daha çox – 42 dəfə ispaniyalılar qarşılaşıb. İngiltərədə 19, Almaniyada 17, İtaliyada 17 derbi izlənib. Digər 9 ölkə isə yalnız bir neçə dəfə belə duelə şahid olub.

Tarix
2017.02.26 / 01:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla