Yuxarı

İslam Oyunlarında neçə ölkə iştirak edəcək?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İHİF-in (İslam Həmrəyliyi İdman Federasiyası) bütün 57 üzv ölkəsinin idmançıları mübarizə aparacaqlar.

Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən (AİHOƏK) Axar.az-a verilən məlumata görə, haqqında danışılan elan İHİF və AİHOƏK tərəfindən bütün tərəflərlə əldə olunan razılaşmaya əsasən Küveyt idmançılarının İHİF-in bayrağı altında Müstəqil İslam Həmrəyliyi oyunlarının idmançıları olaraq iştirak hüququnun əldə edilməsindən sonra diqqətə çatdırılır.

Razılığa əsasən yalnız idmançılar və məşqçilər İHİF tərəfindən akkreditasiyadan keçiriləcək və İHİF-in formalarını geyinəcək. İdmançılar tərəfindən qazanılacaq bütün medallar da İHİF bayrağı altında təqdim ediləcək. İdmançıların iştirakının təşkili məsələlərinin həlli və hərtərəfli təmin olunmaları məqsədi ilə İHİF tərəfindən onlar üçün müstəqil nümayəndə heyətinin rəhbəri də təyin olunub.

İHİF-in Baş Katibi H. E. Faysal Əbdüləziz Əl-Nassar bu elanla əlaqədar bildirib:

"İslam Həmrəyliyi Oyunları birlik və sülh ruhunu özündə yaşadan çoxmillətli, multikultural, çoxnövlü idman tədbiridir. Əminik ki, islam dünyasının idmançılarını bir araya gətirəcək IV İslam Həmrəyliyi oyunları cəmiyyətin müxtəlif gəncləri arasında dostluq və sülh əlaqələrini daha da möhkəmləndirəcək. Buna görə də, İHİF-in bütün 57 ölkəsindən olan idmançıların bu oyunlarda iştirak etməsi bizi çox sevindirir və bu nəticənin əldə olunmasında göstərdikləri köməyə görə bütün tərəflərə minnətdarlığımızı bildiririk".

Məlumat üçün bildirək ki, IV İslam Həmrəyliyi oyunlarında iştirak üçün dörd qitədən 5000-ə qədər idmançı və rəsmi şəxsin Bakıya gəlməsi gözlənilir. İdmançılar atletika və cüdo üzrə iki para-idman növü daxil olmaqla 20 idman növü üzrə 270 medal uğrunda mübarizə aparacaq.

Oyunlar müvafiq olaraq 12 və 22 may tarixlərində keçiriləcək Açılış və Bağlanış Mərasimlərinə ev sahibliyi edəcək Bakı Olimpiya Stadionu daxil olmaqla şəhərdə yerləşən 16 müasir yarış obyektində keçiriləcək.

Tarix
2017.04.17 / 15:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla