Rusiya HHM-lər "Vapmir" raketlərini məhv etdi
00:46
Ana səhifə İdman |
Üç təkanla tullanmada dünya çempionatının gümüş mükafatçısı Pedro Piçardo Almaniyanın Ştutqart şəhərində təlim-məşq toplanışında olan yüngül atletika üzrə Kuba milli komandasının düşərgəsindən qaçıb.
Report-un verdiyi məlumata görə, 23 yaşlı idmançı Almaniya və ya İspaniyada sığınacaq almaq fikrindədir.
Bildirilir ki, Piçardo yığmadan kənarlaşıdırılacaq və onun 8 il müddətinə Kubaya dönüşünə qadağa qoyulacaq.
Qeyd edək ki, bu, kubalı idmançıların ölkə xaricində yığmanın heyətindən ilk qaçış halı deyil. 2013-cü ildə Rusiyanın paytaxtı Moskvada keçirilən dünya çempionatı zamanı sprinter Orlando Orteqa düşərgəni tərk edib və daha sonra İtaliyada üzə çıxıb.
Tarix
2017.04.18 / 23:26
|
Müəllif
Axar.az
|