Yuxarı

“Traktor”a görə 1200 km piyada getdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Traktor” (Traktorsazi) futbol klubunun fanatı “Sepahan”la oyunda öz komandasına azarkeşlik etmək üçün 1200 km piyada yol gedib.

Axar.az xəbər verir ki, Şəhriyar Abbasi “Traktor” futbol komandasına və Azərbaycana olan məhəbbətini göstərmək üçün Şərqi Azərbaycan vilayətinin Xudafərin şəhərindən İsfahanın “Nəqşicahan” stadionuna qədər olan məsafəni piyada 20 günə qət edib.

Aprelin 10-u səhər saat 4:00-da Xudafərindən yola düşən Şəhriyar Abbasi aprelin 30-da İsfahana çatıb. Onu İsfahanda rəqib komandanın azarkeşləri qarşılayıb. Ayaqları qabar bağlayan və gücsüz vəziyyətə düşən Abbasiyə elə rəqib komandanın azarkeşləri yardım edib.

Abbasi səfəri barədə yerli mətbuata danışarkən “Traktor”a və Azərbaycana olan məhəbbətini göstərmək üçün belə bir addım atdığını bildirib.

Şəhriyar Abbasi İsfahanda “Sepahan” komandası tərəfdarlarının ona yardımına görə öz təşəkkürünü bildirib:

“İsfahana çatanda halım qalmamışdı. Ayaqlarım qabar bağlamışdı. “Sepahan” tərəfdarları məni qarşıladılar. Komandalarının həkimini yanıma gətirib ayaqlarımı müalicə elətdirdilər. Onlar bu hərəkətləri ilə əsl mərdlik nümayiş etdirdilər. Hamısına çox təşəkkür edirəm”.

Tarix
2017.04.30 / 12:48
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla