Yuxarı

"Yeni Çağ" qəzeti Ermənistandan yazdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin nüfuzlu "Yeni çağ" qəzetində Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətindən bəhs edən "Ermənistan nədən problemin həllini istəmir" başlıqlı məqalə dərc edilib.

"Axar.az"ın xəbərinə görə, Kürşad Zorlunun müəllifi olduğu məqalədə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan əsgərlərinin Türkiyə və Azərbaycanın dövlət bayraqlarını təhqir etməsi, bu təxribatın kütləvi informasiya vasitələrində reklam olunması ermənilərinin türklərə qarşı ədavət və düşmənçilik siyasətinin davam etdiyinin sübutu kimi göstərilir.

Müəllif vurğulayır ki, Türkiyə və Azərbaycana düşmən tərəfindən fərq qoyulmaması, eyni münasibət bəslənilməsi iki qardaş ölkənin taleyinin də eyni olmasının təzahürüdür. Bəzi ölkələrin və beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirərək işğalçı Ermənistanı dəstəkləməsi Azərbaycanın problemi hüquqi müstəvidə həll etmək iradəsini sındırmayıb.

Kürşad Zorlunun fikrincə, Ermənistanın ciddi maddi çətinliklərə və səfalətə düçar olmasına baxmayaraq sülh prosesini sabotaj etməsi də düşündürücüdür. Bu, problemin həlli prosesinin erməni xalqının iradəsindən asılı olmadığını göstərir.

Aşağıda qeyd etdiyimiz linkə daxil olaraq, mətnin tam versiyasını oxuya bilərsiniz.

www.yg.yenicaggazetesi.com.tr/yazargoster.php?haber=28801

Tarix
2013.11.16 / 21:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla