Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Aprel 2018


Toğrul Əsgərov yarışlardan uzaqlaşdırıldı – Şok cəza

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov bir il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

Report-un məlumatına görə, Əsgərovun adı Dünya Güləş Birliyinin antidopinq qaydalarını pozduqları üçün cəzalandırılan idmançılar siyahısına düşüb.

Yarışlardan kənarda götürülmüş dopinq-test nəticəsində onun orqanizmindən higenamin preparatı tapılıb. Bu preparatın ABŞ və Avropa Birliyi ölkələrində istifadəsi qanuni sayılır. Çəkini qorumaq məqsədilə istifadə olunan dərman vasitəsi bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunub. Onun Əsərovdan nə vaxt və hansı şəraitdə tapıldığı barədə məlumat verilmir. Yalnız o məlumdur ki, 25 yaşlı idmançı 17 aprel 2018-ci ilədək diskvalifikasiya olunub. Bu səbəbdən, Əsgərov Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək güləşçilər arasında yer almayacaq.

Siyahıya Azərbaycanın daha 3 güləşçisi də düşüb. Yeniyetmələr arasında dünya çempionatında orqanizmindən furosemid aşkarlanan Fail İsgəndərov 2 il - 9 noyabr 2018-ci ilədək, gənclər arasında dünya çempionatında stanozolol metabolites tapılan Zubair Dibilov 4 oktyabr 2020-ci ilədək, 2015-ci il yeniyetmələrin Avropa çempionatında dopinq-testdən imtina edən Turxan Qurbanov 27 avqust 2019-cu ilədək bütün yarışlardan kənarda qalacaq.

Qeyd edək ki, Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmin il Avropa çempionu, 2015-ci ildə isə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olub.

Tarix
2017.05.18 / 10:51
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İngiltərədə dramatik görüş: 7 qol vuruldu

Neymar ancaq bu halda “Qızıl top”u qazana bilər

İlham Zəkiyev növbəti medalını qazandı

Ançelottiyə mühüm təklif: İtaliya yığması…

Futbolda qeyri-adi hərəkət: hakimə qarşı simulyasiya - Video

Futbol matçı zamanı azarkeşlər meydana hücum çəkdi - Video

Dünyanın ən çox qazanan futbolçusu və baş məşqçisi

Qurbanovdan hamını düşündürən suala - Cavab

"Qarabağ" matçından sonra qalmaqal - Hakimlərə hücum

Cüdoçularımız 4 medal qazandı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla