Yuxarı

Boksçularımız İslamiadanın ən güclüsü oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsində ən güclü komanda adını Azərbaycan millisi qazanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, 10 çəki dərəcəsində qüvvəsini sınayan kişi boksçuların yarışında təşkilatçı ölkə yığması 7 medala sahib olub. Hesabına 3 qızıl, 3 gümüş və 1 bürünc mükafat yazan komanda bu göstəricidə hamını qabaqlayıb.

İslamiadanın ən yaxşısı adına yiyələnən Azərbaycan millisi həm ümumi medal sayında, həm də mükafatlarının əyarına görə rəqibləri üçün əlçatmaz olub. Ən yaxın izləyici Özbəkistan Oyunları 2-ci pillədə bitirib. Liderdən 2 medal geri qalan asiyalılar 5 dəfə fəxri kürsüyə qalxıblar. Bunlardan 3-ü qızıl medal olub.

Medal siyahısında Qazaxıstan üçüncüdür. Bu komanda Bakıdan 2 çempionluq və 3 “bürünc”lə ayrılır. Boks yarışlarında himni çalınan digər 2 ölkə isə Suriya ilə Türkmənistandır. "Bakı-2017"də yalnız bu 5 ölkə çempionluq sevinci yaşayıb. Ümumilikdə isə 13 yığmanın üzvləri medal qazanmağı bacarıb.

Qeyd edək ki, Azərbaycan boks millisinin heyətində Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) birinci, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) ikinci, Tayfur Əliyev (56 kq) isə üçüncü yeri tutub.

N Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1 AZƏRBAYCAN 3 3 1 7
2 Özbəkistan 3 0 2 5
3 Qazaxıstan 2 0 3 5
4 Suriya 1 1 2 4
5 Türkmənistan 1 1 1 3
6 İraq 0 2 0 2
7 Mərakeş 0 1 3 4
8-9 Misir 0 1 1 2
Türkiyə 0 1 1 2
10 İordaniya 0 0 3 3
11-13 Əlcəzair 0 0 1 1
Kamerun 0 0 1 1
İran 0 0 1 1
Cəmi 10 10 20 40
Tarix
2017.05.19 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla