Yuxarı

Azərbaycandan daha bir qızıl: 70-ə doğru...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:34

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışları davam edir.

Trend-in məlumatına görə, qadınlar arasında 10 m platformadan suya tullanma yarışında təmsilçimiz Olqa Bıkovskaya qızıl medal qazanıb.

Bu, Azərbaycanın İslamiadada 60-cı qızıl medalıdır.

İkinci yeri indoneziyalı Della Harimurti, üçüncü yeri isə türkiyəli Sinem Sağlam tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

18:38

Mayın 19-da İslamiadada sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan idmançısı Mahir Əmiraslanov qızıl medal qazanıb.

Axar.az xəbər verir ki, yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Mahir Əmiraslanov gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Jandos İsmailova 5:4 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva final qarşılaşmasına baxıb.

***

Azərbaycan idmançıları İslamiadanın atletika və paraatletika yarışlarında növbəti qızıl medala sahib olublar.

“Bakı-2017”də qadın paralimpiyaçılar arasında 200 metr məsafəyə qaçış yarışında T12 kateqoriyasında çıxış edən təmsilçimiz Yelena Çebanu finiş xəttini 24,89 saniyədə keçərək qızıl medal qazanıb.
indoneziyalı Endanq Sitorus gümüş, mərakeşli Məryəm En-Nuri bürünc medala sahib olublar.

21:00

Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarının birinci günündə daha bir Azərbaycan idmançısı qızıl medala sahib olub.

Yarışda 97 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Nurməhəmməd Hacıyev qızıl medal uğrunda görüşdə İran idmançısı Amir Mohammadini 11:2 hesabı ilə məğlub edərək “Bakı-2017”nin qızıl medalını qazanıb.

Bununla da idmançımız millimizin hesabına 63-cü qızılı əlavə edib.

Tarix
2017.05.19 / 21:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla