Yuxarı

"Qəbələ", "Zirə" və "İnter"in rəqibləri bəlli oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb.

APA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə Azərbaycanın qitənin ikinci dərəcəli klub turnirindəki təmsilçilərinin də rəqibləri bəlli olub.

Bu yarışda ölkəmizi üç komanda təmsil edəcək. “Zirə” və “İnter” I, “Qəbələ” II təsnifat mərhələsindən yarışa qatılacaq.

Ümumilikdə isə Avropa Liqasının I təsnifat mərhələsində 100 komanda mübarizə aparacaq ki, onlar da püşkdə 50 cütlük təşkil edib.

“İnter” Serbiyanın “Mladost” komandası ilə görüşəcək. İlk oyun səfərdə baş tutacaq. “Zirə” isə ilk oyunu evdə keçirəcək. Qəsəbə klubu Lüksemburq “Differdanj”ı ilə qarşılaşacaq.

Ardınca 50 cütlük və 16 klub növbəti püşkatmada iştirak edib. Burada 33 cütlük yaranıb. Yarışa II təsnifat mərhələsindən başlayan “Qəbələ” “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə rəqib olub. “Mladost” - “İnter” cütünün qalibi “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) duelinin güclüsü ilə görüşəcək. “Zirə” – “Differdanj”ın cütünün qalibinin rəqibi isə “Astra” olacaq.

Tarix
2017.06.19 / 18:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla