Yuxarı

Bakıda Alonso cərimələndi - 40 mövqe itirdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“MakLaren” komandasının pilotu Fernando Alonsonun maşınında güc qurğusunun elementlərini dəyişiblər. Buna görə də o, Formula-1 çempionatının Azərbaycan Qran-Prisinin startında əlavə yerləri itirir.

Axar.az xəbər verir ki, Fernando Alonso Bakıda həftəsonunu başlayanda bilirdi ki, yenilənmiş MGU-K mühərrik-generatorunun və turbinlərin quraşdırılmasına görə 15 mövqe cərimə ediləcək.

Cümə günü məşqlərində onun maşınına bu motorun yeni variantı qoyulub və beləliklə, mövsüm ərzində istifadəsinə icazə verilən dörd mühərrikin hamısından istifadə olunub. Lakin “Honda”nın əvvəlki spesifikasiyaya qayıtmaq qərarı cəriməyə gətirib çıxarıb. Fernando Alonsonun cəriməsinə daha 25 mövqe əlavə edilib. Onun maşınına yeni daxiliyanma mühərriki (bu il beşincisidir) qoyulub, yeni MGU-K və MGU-H mühərrik-generatorlar, habelə yeni turbin quraşdırılıb. Beləliklə, bazar günü Fernando Alonso startda 40 mövqe itirəcək.

F.Alonsonun ortağı Stoffel Vandorn əlavə 15 mövqe cərimə edilib; onun maşınında MGU-H qurğusunu və turbini dəyişiblər. Belçikalının cəriməsi 30 mövqeyə çatıb.

Tarix
2017.06.24 / 23:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla