Yuxarı

Toğrul Əsgərov ömürlük şikəst ola bilər - Baş məşqçi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın olimpiya çempionu ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirildi.

Axar.az Sputnik-ə istinadən xəbər verir ki, güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovun Azərbaycan millisini tərk edəcəyi barədə məlumat yayılıb. Hətta Toğrulun Azərbaycandan incidiyi, idmançının maaşını vaxtında ala bilmədiyi üçün Türkmənistan Güləş Federasiyasından gələn daha yaxşı təklifə "hə" dediyi də bildirilir.

Azərbaycan Güləş Federasiyasının baş məşqçisi Firdovsi Umudov bildirib ki, Toğrulun nə Azərbaycandan getməsinə kimsə imkan verər, nə də idmançımızın özü harasa gedər.

"Toğrul elə idmançı deyil ki, Azərbaycanı nəyəsə görə başqa ölkəyə dəyişsin. Fəxri qonaq kimi təbii ki, onu yarışlara dəvət edə bilərlər. Bu, o demək deyil ki, hər xarici yarışa fəxri qonaq kimi gedən idmançı ölkəni tərk etməlidir. Toğrul Azərbaycan bayrağı altında güləşib, qalib gəlməyi özünə fəxr bilir" – deyə baş məşqçi qeyd edib.

F. Umudov T. Əsgərovun səhhətində problem olduğunu da dilə gətirib: "Hal-hazırda Toğrul Əsgərov məşq etmir. Onun sağlamlığında problem var. Rio Olimpiadasından qayıdandan sonra idmançının boyun nahiyəsində – onurğa sütunu fəqərəsində ciddi zədə yarandı".

"O, bu zədə ilə məşq edə bilməzdi. İdmançı ciddi həkim nəzarəti altındadır. Zədə sinirə yaxın olduğu üçün əməliyyat çox təhlükəlidir. Əməliyyat zamanı sinirə toxunularsa, Toğrul ömürlük şikəst ola bilər" — baş məşqçi vurğulayıb.

Onun sözlərinə görə, federasiya rəhbərliyi idmançının sağlamlığı üçün çalışır: "Sadəcə düzgün müayinə aparmaq və düzgün iş üçün zaman lazımdır. Federasiya bu zədə haqqında Almaniyaya, Türkiyəyə məlumat göndərib və hal-hazırda müayinələr davam edir. Diqqətli olmaq lazımdır. Əsas idmançının sağlamlığıdır. Hər şey həkimin nə qərar verəcəyindən asılıdır".

Firdovsi Umudov bildirib ki, Toğrul özü tezliklə gəlib açıqlama verəcək: "Onun kimi idmançılar əsrdə tək-tək yetişir. Güləşi anlamayan, idmandan başı çıxan da, çıxmayan da nə gəldi, yazır. Öncə məlumatı dəqiqləşdirib, sonra yazmaq lazımdır. Məlumatı dəqiqləşdirmədən elə şişirdirlər ki, təki özlərinə mənfəət əldə etsinlər. Bu da yaxşı hal deyil".

Tarix
2017.07.01 / 02:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla