Ana səhifə İdman |
Braziliyada keçiriləcək dünya çempionatına Avropa mərhələsindən vəsiqə qazanacaq son 4 ölkənin adı məlum olub.
"Axar.az"ın xəbərinə görə, günün bir-birindən prinsipial qarşılaşmaları keçirilib. Belə ki, Kiyevdə Ukrayna millisinə 2-0 məğlub olan Fransa millisi öz meydanında Ukraynanı 3-0 məğlub edib və Braziliyada keçiriləcək dünya çempionatında iştirak etmək hüququ əldə edib.
Pley-off mərhələsinin daha çox maraq doğuran qarşılaşması İsveçdə baş tutub. İlk oyunda rəqibini minimal hesabla məğlub edən Portuqaliya bu dəfə də üstünlüyünü əldən verməyib.
Qeyd edək ki, qarşılaşmaya gözlənildiyi kimi İbrahimoviç və Ronaldo damğasını vurub.
Günün digər oyunlarında "DÇ-2014"ə Xorvatiya və Yunanıstan yığmaları vəsiqə qazanıb.
Rumıniya -
Yunanıstan - 1:1
İlk oyun- 1:3
Qol: Torosidis, 54 - Mitroqlu, 23
Xorvatiya -
İslandiya - 2:0
İlk oyun - 0:0
Qol: Mandzukiç, 27, Srna, 47
İsveç -
Portuqaliya - 2:3
İlk oyun – 0:1
Qol: İbrahimoviç, 68, 72 - Ronaldo, 50, 77,
79
Fransa -
Ukrayna - 3:0
İlk oyun – 0:2
Qol: Sako, 22, 72, Benzema, 3
Tarix
2013.11.20 / 13:23
|
Müəllif
Pərviz Həsənov
|