Yuxarı

Nazir "Qarabağ"ın qələbəsindən danışdı: Həzz alıram

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Samtredia” – “Qarabağ” matçını izləyənlər arasında Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev də var.

Axar.az nazirin APA-ya müsahibəsini təqdim edir:

- Cənab nazir, ilk hissə ilə bağlı fikirləriniz necədir?

- Ezamiyyətlə bağlı Gürcüstana gəlmişəm. Tiflisdə oyun olduğunu bildikdən sonra bu matçı qaçırmamaq qərarına gəldim. İlk oyunu izləmişdim və “Qarabağ”ın böyük hesablı qələbəsindən sonra sevincimizin hədd-hüdudu yox idi. Düşünürəm ki, ötən həftə baş tutan görüş “Qarabağ”ın yüksək səviyyəli komanda olduğunu sübut etdi. Hazırda izlədiyim oyundan da ləzzət alıram, baxımlı hücumlar qurulur. Ümid edirəm ki, ilk dəfə Çempionlar Liqasının qrupuna düşməyi bacaracağıq. Bundan sonra müasir Azərbaycan futbolunun tarixində yeni səhifə açılacaq. Futbol Azərbaycanda sevilən oyundu, dövlət tərəfindən bu oyuna qayğı göstərilir. Bircə arzum odur ki, komandanın tərkibində azərbaycanlı futbolçuların adına daha çox rast gələk. Bizim istəyimiz bundan ibarətdir ki, Azərbaycandan olan futbolçular öz oyunu ilə dünyaya səs salsınlar.

- Ümumiyyətlə, siz özünüz hansı komandaya azarkeşlik edirsiniz?

- Hansı komandaya azarkeşlik etdiyimi deyə bilmərəm. Amma çalşıram ki, xaricdə baş tutan maraqlı oyunları stadiondan izləyəm. Həmişə alman futbol məktəbinə üstünlük vermişəm. Hesab edirəm ki, bu, dünyada ən yaxşı futbol məktəblərindən biridir. Nəzərə alsaq ki, mən keçmişdə idman və turizm naziri idim, ona görə də Azərbaycan futbolunun inkişaf etməsini istəyirəm. Bundan sonra da komandalarımızın daha yaxşı oyun nümayiş etdirəcəyinə ümid edirəm.

Tarix
2017.07.18 / 23:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla