Yuxarı

Ayxan Abbasov iddialı danışdı: Təslim olmamışıq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizi sabah çətin oyun gözləyir. Səfərdə istəmədiyimiz məğlubiyyəti aldıq.

APA-nın məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.

Paytaxt təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə 1:3 hesabı ilə məğlub olduğu Rumıniya klubu “Astra”nı sabah öz meydanında qəbul edəcək.

Qarşılaşmadan əvvəl təşkil edilən mətbuat konfransında Abbasov fikrini bu sözlərlə davam etdirib: “İnanırdıq ki, ordan yaxşı nəticə ilə gələ bilərik. Təəssüf ki, gözləmədiyimiz qollar buraxdıq. Avroliqada bizim üçün hələ ikinci 90 dəqiqə irəlidədi. İnanırıq ki, azarkeşlərin dəstəyi ilə bunun öhdəsindən gələ biləcəyik”.

- Belə oyunlarda əsas yük baş məşqçinin üzərinə düşür. Komandanı psixoloji cəhətdən hazırlaya bilmisiniz?

- Bizə qol lazımdı. Amma bunun üçün ilk dəqiqədən hücuma atılmaq olmaz. Qol buraxmayana qədər şansımız davam edir. “Astra” ilə matçdan dərhal sonra uşaqlara dedim ki, iki çətin səfər oyunu keçirdik. Buna görə də ruhdan düşməməyi tapşırdım. Bu həftə oyunçularla psixoloji söhbətlər oldu.

- “Astra” “Zirə”ni standart vəziyyətlərdə qabaqladı. Buna məlhəm varmı?

- Biz “Astra”nın oyununu təhlil edəndə standart imkanlardan yaxşı istifadə etdiklərini bilirdik. Diqqətsizlik oldu. Bir anda buraxılan səhvləri bağışlamadılar. Çünki onların təcrübəsi daha yaxşıdı. Standart vəziyyətlər üzərində çalışmışıq. Bizdə də yeni oyunçular var. Qışdakı toplanışda da eyni situasiya ilə qarşılaşmışdıq. Oyundan-oyuna vəziyyəti düzəltdik. İnanırıq ki, yenə belə olacaq.

- Cavab matçında taktiki dəyişiklik olacaqmı?

- Rəqibi indi daha yaxşı tanıyırıq. Yayda onların heyətində dəyişikliklər olmuşdu. Yeni kollektivin nəyə qadir olduğunu tam bilmirdik. “Astra” bura gəlməzdən əvvəl çempionat matçına çıxdı. Onlar haqda indi daha geniş məlumatımız var. Zəif və üstün cəhətlərini bilirik. Sırf taktiki məşqlər üzərində çalışmışıq. Son dəqiqəyə qədər çalışacağıq şansımız davam etsin.

- Start heyətini müəyyənləşdirmisiniz?

- Bəli, müəyyənləşdirmişəm. İki gündü həmin heyətlə çalışırıq. Sabah kimin meydana çıxacağını bilirik.

- “Astra”nı keçmək real görünürmü?

- “Astra” yaxşı rəqibdi. Ammma keçilməyəcək komanda deyil. “Zirə”nin bu gün buna gücü çatır. Gücü çatmasaydı, bunu etiraf edərdim. İlk görüşdəki çıxışla da bunu göstərdik. Biz təslim olmamışıq. Bu turnirdə ilk dəfədi çıxış edirik. Bəzi oyunçularımız da belə yarışlarda debüt edirdilər. Amma sonra qədər mübarizəmizi aparacağıq.

Tarix
2017.07.19 / 21:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla