Yuxarı

Bundan sonra danışmaq çətindir - "Zirə"nin baş məşqçisi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə oyundan sonra danışmaq çətindir. Bilirdik ki, matç çətin keçəcək. Rəqibin üstünlüyü var idi.

Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının II təsnifat mərhələsinin “Astra” ilə cavab oyunundan (0:0) sonra deyib.

- Bizə qol lazım idi. Yaxşı imkanlarımız olsa da, yararlana bilmədik. Turnir bizim üçün bitdi. Düşünürəm ki, futbolçularım əzmkarlıq göstərdi. Bu turnir bizim üçün əlavə təcrübə idi. Bundan sonra da inkişaf edəcəyik. Bu oyunu unudub çempionata hazırlaşmalıyıq. Çünki çox çətin keçəcəyini bilirəm".

- Hakim idarəçiliyindən razı qaldınız?

- Hakimlər barədə danışmaq istəmirəm. Özünüz də yaxşı gördünüz ki, rəqib tempi salırdı, qapıçıları oyuna gec başlayırdı. Ümumi demək istəyirəm ki, bizim hakimlərə şükr etməliyik. Düzdü, hakim ciddi səhv etmədi, biz erkən qol vurmalı idik. İnanmıram ki, hakim bizə qarşı qərəzli olsun.

- Komandanız cinahlardan zəif təsir bağışlayırdı. Bu, nə ilə bağlı idi?

- Sizinlə razı deyiləm. Oyunumuzu cinahlardan qurmuşduq və düşünürəm ki, oyunumuz yaxşı alındı. Məncə, cinah ötürmələri yaxşı alındı, amma son nöqtəni qoya bilmədik. Ümid edirəm ki, çempionata qədər hazır vəziyyətdə olacağıq.

- İlk hissə ilə müqayisədə ikinci hissədə aşağı tempdə oynamağınız nə ilə bağlı idi?

- Bu, normaldı. Bilirdik ki, ikinci hissədə eyni tempi davam etdirə bilməyəcəyiik. Rəqib də müdafiədə oturmuşdu. Ona görə istəyirdik ki, erkən qol vuraq, rəqib müdafiədə oturmasın. Ancaq bu alınmadığından, fasilədən sonra işimiz daha çətin oldu. Hava da istidi, futbolçular yorulur.

Tarix
2017.07.21 / 00:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla