Yuxarı

Əfsanənin qarşısında çempion da diz çökdü – Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsanəvi idmançı Useyn Bolt 100 metr məsafəyə qaçış yarışlarında son dəfə gücünü sınayıb.

Axar.az xəbər verir ki, karyerasını bitirdiyini açıqlayan 8 qat Olimpiya Çempionu Useyn Bolt finiş xəttini yalnız 3-cü keçə bilib.

Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında yamaykalı sprinter 9.95 saniyə nəticə göstərib. Yarışın qalibi adına 9.92 saniyəlik göstərici ilə amerikalı Castin Qetlin sahib olub. Useyn Boltun komanda yoldaşı Kristian Koulman 9.94 saniyə nəticə göstərərək gümüş medal qazanıb.

Olimpiya və 2 qat dünya çempionu, 4 qat dünya ikincisi amerikalı Castin Qetlin son yarışını keçirən əfsanəvi idmançı Useyn Bolta öz ehtiramını göstərməyi unutmayıb. Qatlin Useyn Boltun qarşısında diz çökərək ona olan hörmətini və sevgisini ifadə edib.

Tarix
2017.08.06 / 20:56
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla