Yuxarı

Cavadov ABŞ-a gedən təyyarəni niyə tərk edib?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

San Fransiskoda keçirilən ABŞ-Azərbaycan qarşılaşmasının ətrafında yaşanan söz-söhbət səngimək bilmir.

Azarkeşlərə vəd olunan biletlərin verilməməsinin ardınca daha bir qalmaqal veteran futbolçu İsgəndər Cavadovla yaşanıb.

Belə ki, ABŞ-a yollanacaq heyətdə AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun da adı olub. Onun üçün bilet və San Fransiskoda oteldə yer də sifariş olunub.

İsgənədər Cavadov ABŞ-a gedən təyyarəyə də minib. Ancaq sonradan təyyarəni tərk edərək ABŞ-a getməkdən imtina edib. Sportinfo.az saytının verdiyi məlumata görə, təyyarədəki "biznes-klass"da AFFA-nın baş katibi Elxan Məmmədovun qohumları, dost-tanışları oturduğundan, veteran futbolçuya "ekonom-klass"da yer təklif olunub. Özünə qarşı belə münasibətdən inciyən Cavadov təyyarəni tərk edərək ABŞ-a getməkdən imtina edib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu "Futbol+" qəzetinə verdiyi açıqlamada Cavadovun hava limanından döndüyünü təsdiqləyib. Ancaq AFFA sözçüsü hadisənin təfərrüatları barədə məlumatsız olduğunu bildirib. /Publika.az/

Tarix
2014.06.02 / 12:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla