Yuxarı

Baş məşqçi: "Qarabağ"dan belə oyun gözləyirdim"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəticədən narazıyam. Oyunun son yarım saatı ürəyimcə olmadı. "Qarabağ"dan belə oyun gözləyirdim. Son 30 dəqiqədə “Qarabağ”ın üstünlüyü vardı.

Report-un məlumatına görə, bunu Danimarka “Kopenhagen”inin baş məşqçisi Stole Solbakken Bakıda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının ilk pley-off matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinə cavab görüşündə də qol vurmaq imkanı yaratmayacaqlarını bildirib: "Nəticə bizim üçün yaxşı deyil. Bu nəticədən sonra “Qarabağ” az da olsa, favoritdir. Amma cavab oyunda ilk qolu biz vursaq, vəziyyət dəyişə bilər. “Qarabağ” qol vursa, daha yaxşı üstünlük əldə edəcək. Amma buna imkan verməməyə çalışacağıq".

Solbakken “Qarabağ”ın azarkeş dəstəyi sayəsində qələbə qazandığını da vurğulayıb: "Əlbəttə, bu, böyük oyun idi. Azarkeşlərin dəstəyi hiss olunurdu. Məncə, “Qarabağ” onların sayəsində qələbə qazandı".

Tarix
2017.08.16 / 00:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla