Yuxarı

Mədəniyyət gecəsi təşkil edildi - Skaut konfransı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 16-da Dünya Skaut Konfransının iştirakçıları üçün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib.

Axar.az xəbər verir ki, qonaqlar əvvəlcə “Atəşgah məbədi” ilə yaxından tanış olublar. Konfrans iştirakçılarına məlumat verilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi”, demək olar, bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə zərdüşti atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda tapınmaq üçün buraya gəliblər.

Bildirilib ki, XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindular Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.

Məbədlə tanışlıqdan sonra qonaqlar üçün musiqili gecə və ziyafət təşkil edilib. Tanınmış incəsənət ustalarının iştirak etdikləri konsert proqramında bir-birindən maraqlı ifalar təqdim olunub. Çoxsaylı iştirakçının qatıldığı gecə əlamətdar anlarla yadda qalıb.

Azərbaycan mədəniyyəti ilə tanışlığa həsr edilən gecə hər kəsə xoş ovqat bəxş edib. Qonaqlar “Atəşgah məbədi”ndən zəngin təəssüratlarla ayrılıblar.

Tarix
2017.08.16 / 22:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla