Yuxarı

Romada “Bakı – 2015” - Təqdimat

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 22-23-də İtaliyanın paytaxtı Romada Avropa Olimpiya Komitəsinin (AOK) 42-ci Baş Assambleyası keçiriləcək.

"Axar.az"ın xəbərinə görə, assambleyada Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva, "Bakı – 2015" Avropa Oyunlarının Əməliyyat şirkətinin İcraçı direktorunun müavini Cim Şerr və başqaları iştirak edəcəklər.

Assambleya seçki xarakteri daşıyacaq və iki gün davam edəcək tədbirdə, həmçinin AOK-un prezidenti, vitse-prezidenti, baş katibi vəzifələrinə və İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.

Tədbir zamanı Avropanın kiçik dövlətlərinin iştirakı ilə keçiriləcək XV Oyunlarının hesabatı, Avropa Gənclərinin Olimpiya Festivallarının XI Qış və XII Yay buraxılışlarına dair yeniliklər, "Soçi – 2014" Qış Olimpiya Oyunları, "Rio – 2016" Yay Olimpiya Oyunları, "Pyeonçang – 2018" Qış Olimpiya Oyunları və 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları haqda təqdimatlar ediləcək.
Noyabrın 23-də Avropa Oyunları ilə bağlı AOK-un Əlaqələndirmə Komissiyasının rəhbəri Spiros Kapralos, onun müavini Zlatka Matesanın iştirakı ilə "Bakı – 2015" Avropa Oyunlarını təqdimatı olacaq.

A.Rəhimov, K.Nurullayeva və Cim Şerr Bakı şəhərinin oyunlara son hazırlıq durumu ilə bağlı məruzə ilə çıxış etməklə yanaşı, Milli Olimpiya Komitələrini maraqlandıran suallara cavab verəcəklər.

Tarix
2013.11.21 / 13:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla