Yuxarı

“Qarabağ”ın Avroliqadakı oyunu haqda – Şok iddia

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna – Türkiyə (2:0) matçı ətrafındakı söz-söhbətlər səngimək bilmir.

APA-nın məlumatına görə, tanınmış idman yazarı Meriç Müldür həmin qarşılaşmadakı hakim səhvlərinin təsadüfi olmadığını yazıb.

O, ukraynalıların vurduğu hər iki qoldakı kobud hakim səhvlərini FİFA Hakimlər Komitəsinin sədri və UEFA-da hakimlərin təyinatına məsul şəxs olan Pyerluici Kollina ilə əlaqələndirib. Müldür Ukrayna klublarının artıq neçə ildi hakimlərin sayəsində uğur qazandıqlarını vurğulayıb.

2014-15 mövsümündə Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Dnepr”in finala qədər irəliləməsini də yada salan türkiyəli həmkarımız bunda Kollinanın “zəhməti” olduğuna işarə vurub:

“Kollinanın Ukraynada peşəkar şəkildə çalışdığı dövrdə (2010-2017) bu ölkə klublarının avrokuboklardakı nəticələri diqqət çəkməyə bilməz. Ukrayna lobbisinin təsir gücü çoxdu. UEFA-nın vitse-prezidenti Qreqori Surkis eyni zamanda Kiyev “Dinamo”sunun və Ukrayna Futbol Federasiyasının fəxri-prezidentidi. Kollinanın Ukraynada çalışmağa başladığı 2010-cu ildən bəri “Dinamo”, “Şaxtyor”, “Dnepr”, “Metallist” və yığma komandanın ev matçlarındakı nəticələri heç də pis olmayıb. Öz meydanlarında yalnız qalib gəlmələri mümkünsüz olan böyük komandalara yeniliblər. Kollinanın Ukrayna Futbol Federasiyasındakı işi 2017-ci ildə bitib. Maraqlıdı ki, onun gedişindən sonra bu ölkə komandalarının nəticələrində geriləmə müşahidə olunur. Hər mövsüm Avropada Ukraynanın bir klubunun sanki önü açılır. “Şaxtyor” keçmişdə Avropa Liqasının qalibi olub, “Dnepr” 2014-15 mövsümündə həmin turnirin finalına yüksəlib, 2011-12 mövsümündə “Metallist” 1/4 finalda çıxış edib. Önü açılan komanda bu il, bəlkə də, “Dinamo” olacaq. Üç mövsüm əvvəl finala qədər irəliləyən “Dnepr”in qısa müddətdə dağılması diqqətçəkən məqamdı. AÇ-2012-də İngiltərə ilə matçda Ukraynanın əleyhinə səhv edən Viktor Kaşşai haqda Kollinanın tənqidi açıqlamasından sonra macarıstanlının dərhal evinə göndərildiyini unutmayaq. Görünür, ukraynalıların beynəlxalq arenadakı oyunlarına diqqəti artırmaq lazımdı”.

Qeyd edək ki, 2014-15 mövsümündə qrup mərhələsinin son turunda “Qarabağ” evdə “İnter”in qapısına son dəqiqədə yol tapsa da, hakim təmiz qolu qeydə almamış və uzun müddət tənqid obyektinə çevrilmişdi. Məhz həmin kobud səhvin sayəsində növbəti mərhələyə adlayan komanda “Qarabağ” yox, “Dnepr” olmuşdu.

Tarix
2017.09.15 / 18:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla