Yuxarı

"Neftçi" yenə məğlub oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 16-da Topaz Premyer Liqasının V turu çərçivəsində paytaxtın “Neftçi” və “Zirə” komandaları qarşılaşıblar.

Axar.az xəbər verir ki, “Bakcell Arena”da oynanılan görüşdə “Zirə” komandası 2:1 hesabı ilə qalib gəlib. Baş hakim Əliyar Ağayevin idarə etdiyi oyunda hesabı matçın 17-ci dəqiqəsində qonaqlar açıblar. “Zirə”nin heyətində Vüsal İsgəndərli adını tabloya yazdırıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissənin əvvəlində - qarşılaşmanın 52-ci dəqiqəsində Riçard Qadze hesab arasındakı fərqi iki topa çatdırıb. Lakin qonaqların sevinci cəmi bir dəqiqə davam edib. “Neftçi”nin legioneri Uqo Barqas 53-cü dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb – 1:2.

Matçın 86-cı dəqiqəsində ev sahiblərinin heyətində Mirabdulla Abbasov qırmızı vərəqə alaraq komandasını sayca azlıqda qoyub. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra “Zirə” komandası xallarının sayını 13-ə çatdıraraq liderliyini davam etdirir. “Neftçi” isə 1 xalla sonuncu sırada qərarlaşıb.

“İnter”-“Sumqayıt” (1:1) oyunu ilə start verilən beşinci tura sentyabrın 17-də “Səbail”-“Qəbələ” və “Qarabağ”-“Kəpəz” görüşləri ilə yekun vurulacaq.

Tarix
2017.09.16 / 22:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla