Yuxarı

Nicat cəriməni ödəmək üçün oğurluq edib? – Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nicatın hakimlə intriqası ötən mövsüm baş verən hadisədir və o cəzasını çəkib bitirib.

Bu sözləri Axar.az-a açıqlamasında, U-21 millimizin və “Sumqayıt” klubunun üzvü Nicat Muxtarovun həbsi ilə bağlı danışan “Sumqayıt” klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

O bildirib ki, Nicat bir həftədir məşqlərə gəlmirdi:

“Biz onunla əlaqə saxlamağa çalışsaq da, o, zənglərimizə cavab vermirdi, sonda biz onun atası ilə əlaqə saxladıq və atası bizə dedi ki, Nicat xəstədir, buna görə də məşqlərə gələ bilmir”.

Nicat Muxtarovun kəsilən cəriməni ödəyə bilmədiyi, klubun isə bunu bildiyi halda ona yardım etmədiyi barədə danışan mətbuat rəhbəri Rəşad Məmmədov deyib:

“Əgər bizdə məlumat olsaydı ki, Nicatın belə çətinlikləri var, biz ona kömək edərdik, yəni belə bir addım atmasının qabağını alardıq. Bizdə bu haqda heç bir məlumat olmayıb. Nicatın bu əməli niyə etdiyi, hamı kimi, bizə də naməlumdur”.

Qeyd edək ki, Muxtarovun ötən mövsümün 26-cı turunda hakimləri təhqir etməsinə görə 4 oyunluq cəzalandırıldığı və 3200 manat cərimə olunduğu bildirilir. Bildirilir ki, ötən mövsümün son iki turunda, eləcə də bu mövsüm "Sumqayıt”ın "Kəpəz” və "Qəbələ” ilə oyunlarında meydana çıxmayan Nicat cəzasını çəksə də, pul AFFA-ya ödənilməyib.

Futbol+ qəzetinin araşdırmasını görə, "Sumqayıt” klubu ona cəriməni özünün ödəməli olduğunu deyib və bildirib ki, nə qədər ki, pulu ödəməyib, PFL onun meydana çıxmasına icazə verməyəcək.

İddia olunur ki, Nicat o pulu ödəmək üçün oğurluq edib.

Tarix
2017.09.19 / 12:09
Müəllif
İsko Babazadə
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla