Yuxarı

Braziliya - Xorvatiya matçı canlı yayımla Axar.az-da - Proqnoz

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi dünya çempionatına start verilir.

Axar.az xəbər verir ki, turnirin açılış mərasimi saat 00:00-da olacaq. Mundialın açılış oyununda isə ev sahibi Braziliya ilə Xorvatiya qarşılaşacaq və görüş Axar.az-da canlı yayımlanacaq. Görüş Bakı vaxtı ilə saat 1:00-də başlayacaq.

Braziliya yığması qrupun 2-ci favoriti Xorvatiyanı üstələməyə çalışacaq. Xorvatiya millisi isə rəqibindən ən azı 1 xal qoparmağa cəhd edəcək. Hər iki komandanın heyətində zədəli oyunçuların olmaması oyuna xüsusi maraq qatır.

Millimizin baş məşqçisi Berti Foqts da bu görüşü izləyənlər arasında olacaq. ABŞ millisinin Baş məşqçisi Yurgen Klinsmannın məsləhətçisi kimi iştirak edən Foqts Xorvatiya komandasına xüsusi diqqət ayıracaq. Belə ki, xorvatlar növbəti Avropa çempionatının seçmə mərhələsində yığmamızla eyni qrupda yarışacaq.

Bu qrupun digər görüşü sabah saat 21:00-da keçiriləcək. Meksika ilə Kamerun qrupdan çıxmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, Axar.az 1 ay ərzində hər gün mundialın bir mərkəzi qarşılaşmasını canlı olaraq təqdim edəcək.

"Topaz" futbol proqramında 303 kodu ilə göstərilmiş oyuna verilən əmsallar aşağıdakı kimidir: Braziliyanın qələbəsi 1,20, heç-heçə 4,80, Xorvatiyanın qələbəsi 9,00.

A qrupu

01:00 Braziliya – Xorvatiya
Hakim: Yuiti Nishimura (Yaponiya)
San-Paulu. "Arena Korintians"

21:00 Meksika – Kamerun
Hakim: Vilmar Roldan (Kolumbiya)
Natal. "Arena das Dunas"

Ölkənin qanuni mərc oyunları operatoru "Topaz"ın qarşılaşma ilə bağlı təqdim etdiyi əmsalları fotoyla təqdim edirik:

Tarix
2014.06.12 / 20:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla