Yuxarı

Vitse-prezident: “Cümə günü Bakıda anşlaq gözləyirik"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mötəbər idman yarışlarının keçirilməsi baxımından Azərbaycan yüksək nüfuza malikdir. Bunun nəticəsidir ki, hər kəsin gözləntisi yüksəkdir. Biz bir komanda kimi sıx əməkdaşlıq etsək, turniri yüksək səviyyədə keçirəcəyik.

Report xəbər verir ki, bunu Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Özkan Mutlugil qurumun rəsmi saytına açıqlamasında deyib.

Türkiyəli fuksioner 22 sentyabr – 1 oktyabrda Azərbaycan və Gürcüstanda keçiriləcək voleybolçu qadınlar arasında Avropa çempionatının yüksək səviyyədə təşkil olunacağını söyləyib: “Cümə günü Bakıda anşlaq gözləyirik. Bizim məqsədimiz voleybolu yalnız Azərbaycan və Gürcüstanda deyil, bütün Avropada populyarlaşdırmaqdır. Əminik ki, bizim komandada işimiz sizin üçün əla tədbir keçirməyimizlə nəticələnəcək”.

Qeyd edək ki, turnirin açılış mərasimi, eləcə də A və C qruplarının oyunları təşkilatçılar 4700 yerlik Milli Gimnastika Arenasında keçiriləcək. Təşkilatçılar artıq sentyabarın 22-də olacaq açılış mərasimi üçün 4450 biletin satıldığını təsdiqləyiblər. Avropa çempionatı 31 telekanal vasitəsilə dünyanın 119 ölkəsində yayımlanacaq.

Xatırladaq ki, Azərbaycan yığması Almaniya, Polşa və Macarıstan yığmaları ilə birgə A qrupunda yer alıb. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk oyununu sentyabrın 22-də Macarıstana qarşı keçirəcək.

Tarix
2017.09.20 / 21:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla