Yuxarı

2017-ci ilin ən yaxşı futbolçuları kim olacaq?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

FIFA 2017-ci ilin ən yaxşısı olmağa namizəd olan 3 futbolçunun adını açıqlayıb.

Report-un verdiyi məlumata görə, bunlar Kriştianu Ronaldu, Lionel Messi və Neymardır.

Portuqaliyalı Ronaldu İspaniya "Real Madrid"ində, argentinalı Messi "Barselona"da çıxış edib. Neymar isə bu yay "Barselona"dan Fransa PSJ-sinə keçib.

Mükafatlandırma mərasimi oktyabrın 23-də İngiltərənin paytaxtı Londonda olacaq. Həmin tədbirdə digər nominasiyalar üzrə də qaliblər açıqlanacaq. Ən yaxşı baş məşqçi adına Massimiliano Alleqri ("Yuventus", İtaliya), Antonio Konte ("Çelsi", İngiltərə) və Zinəddin Zidan ("Real Madrid", İspaniya), ən yaxşı qapıçı adına Canluici Buffon ("Yuventus", İtaliya), Keylor Navas ("Real Madrid", Kosta Rika), Manuel Noyer ("Bavariya", Almaniya) iddialıdır.

Qeyd edək ki, ötən ilin ən yaxşı futbolçusu dördüncü dəfə Kriştianu Ronaldu olub.

Tarix
2017.09.22 / 21:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla