Yuxarı

Macarıstanın gücünü ilk dəfə gördük - Faiq Ağayev

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Başlanğıcda bir qədər oyunumuz alınmadı. Lakin əvəzetmələrdən sonra vəziyyəti lehimizə dəyişdik. İkinci və üçüncü setlərdə isə öz oyunumuzu tapdıq, daha rahat olduq və yekunda qalib gəldik.

Report xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev Bakıda keçirilən Avropa çempionatının I turunda Macarıstan yığması üzərində 3:0 hesablı qələbəni şərh edərkən deyib.

O, Avropa çempionatında zəif rəqib olmadığını bildirib:

“Bəlkə də kimsə Macarıstana zəif gözü ilə baxa bilər. Ancaq elə deyil. Onların gücünü birinci setdə gördük. Bizi sıxışdırırdılar. Qrupdakı digər rəqiblərimiz Polşa və Almaniya da güclüdür. Bunlar tanınmış ölkələrdir. Sentyabrın 24-də Polşa ilə qarşılaşacağıq. Bu matça da yaxşı hazır olacağıq”.

F.Ağayev komandanın 2 və 4-cü zonalardan başqa kəsərli hücum təşkil olunmamasına da toxunub. O, bunu yığmadakı toppaylayıcıların təcrübəsizliyi ilə əlaqələndirib.

Qeyd edək ki, Azərbaycan növbəti oyununu sentyabrın 24-də Polşaya qarşı keçirəcək. Milli Gimnastika Arenasında baş tutacaq matç saat 18:00-da start götürəcək.

Tarix
2017.09.22 / 21:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla