Yuxarı

“Baku Challenge GT3” Bakıda - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən paytaxtda bir sıra küçə və prospektlər bağlanacaq. Buna səbəb Bakının mötəbər bir yarışa ev sahibliyi etməsidir. "Baku Challenge GT3" və klassik Formula 1 yarışlarında iştirak edəcək avtomobillər artıq Bakıdadır.

"Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, turnirdə Fransa, Almaniya, İtaliya, İspaniya və digər ölkələrin pilotları iştirak edəcək. 14 beynəlxalq komandanın yarışacağı "Baku Challenge"də paytaxt sakinləri 30 siti və 15 tarixi Formula-1 maşınlarının manevlərini canlı izləyə biləcəklər.

Ötən il siti maşınlarının yarışı şou xarakteri daşısa da, bu dəfə turnirin final mərhələsi məhz Bakıda baş tutacaq. Avtomobillər Xəzər dənizi boyunca uzanan və milli bayrağın ətrafında dövrə yaradan, yeni təmir olunmuş 4 kilometr uzunluğunda yolda yarışacaqlar.

Yarış dünyanın 175 televiziya kanalı vasitəsilə canlı yayimlanacaq.

Sürücülər bölgələrdən paytaxt ərazisinə giriş üçün alternativ yol kimi 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən, eləcə də 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətdə hərəkət edə bilərlər.

Tarix
2013.11.22 / 00:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla