Yuxarı

"Qarabağ" - "Roma" oyununu kimlər idarə edəcək?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Roma" oyununu idarə edəcək hakimlər briqadası müəyyənləşib.

Axar.az xəbər verir ki, komandamızın oyununu Portuqaliyadan olan hakimlər idarə edəcək.

Komandamızın qrup mərhələsində keçirəcəyi ikinci görüşün əsas hakimi portuqaliyalı Artur Dias olacaq. Ona yan xətlərdə Rui Tavares və Paulo Soares köməklik edəcək. Görüşün 4-cü hakimi funksiyasını Bruan Rodriges yerinə yetirəcək. “Qarabağ”ın qrup mərhələsi tarixindəki ilk ev oyununun əlavə köməkçi hakimləri Tiaqo Martins və Joao Pinherio olacaq. Görüşün hakim inspektoru İsraildən olan Haim Yakov, UEFA nümayəndəsi isə Estoniyadan olan Oleq Harlamovdur.

Komandamızın iştirak etdiyi C qrupunun digər görüşü “Atletiko Madrid” – “Çelsi” oyununun baş hakimi Türkiyənin tanınmış referisi Cüneyt Çakır olacaq.

Tarix
2017.09.25 / 13:13
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla